ALLAHI GƏTİRMƏK

bax: bəxti gətirmək.

ALLAHDAN BUYRUQ, AĞZIMA QUYRUQ
ALLAHIN BACISI OĞLUDUR
OBASTAN VİKİ
Apis (münbitlik allahı)
Apis — Qədim Misir mifologiyasında müqəddəs öküz qiyafəsində, obrazında olan məhsuldarlıq, münbitlik allahı. Memfis şəhəri ona sitayişin mərkəzi idi. Apis Ptaxın və Ranın ruhu hesab edilirdi. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apisöküzün ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş Apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar.
Artilleriya allahı (film, 2015)
Artilleriya allahı qısametrajlı sənədli televiziya filmi 2015-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film general Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi, artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar tərəfindən "Artilleriyanın allahı" ləqəbi verilən, Azərbaycan hərb tarixinə silinməz imzalar atmış görkəmli şəxsiyyət Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir.
Artilleriyanın allahı sayılırdı (film, 1996)
Artilleriyanın allahı sayılırdı (rus. Считался богом артиллерии) filmi rejissor Ziya Şıxlinski tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azanfilm studiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir. == Film haqqında == Əsasən kinoxronikadan istifadə olunduğu üçün operator çəkilişdə iştirak etməmişdir.